Əflatun Amaşov istefa verir, yerinə Rəşad Məcid gəlir? – Tərəflərdən reaksiya (YENİLƏNİB)

Əflatun Amaşov istefa verir, yerinə Rəşad Məcid gəlir? – Tərəflərdən reaksiya (YENİLƏNİB)

"Mətbuat Şurasına sədr seçilməyin yolu qurultaydan keçir. İlk öncə qurultay keçirilməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün artıq istefa verdiyi və onu "525-ci" qəzetin baş redaktoru Rəşad Məcidin əvəz edəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib. 

Ə.Amaşov həmçinin bildirib ki, ilk növbədə qurultayın vaxtı dəqiqləşməlidir:

"Quruma yeni İdarə Heyəti seçilməlidir. Ondan sonra Mətbuat Şurasına yeni sədr seçkisi keçiriləcək”.

Amaşov öz statusunda da bu məsələyə menasibıt bildirib:
"Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şaiyədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam. 

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”.

Qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa ərizəsi yazdığı deyilir. Məlumatda qeyd edilir ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək. 

 
12:52
 
"Azərbaycan Mətbuat Şurasının (MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək".

Bu barədə "Report"a açıqlamasında MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, qurultayda sədr seçkisi də baş tutacaq: "Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq".

Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in sədri Əflatun Amaşovdur.

Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun MŞ-nin sədrliyindən gedəcəyi, onu Rəşad Məcidin əvəzləyəcəyi barədə məlumat yayıb.
Xəbər 1251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR