Kapitan “Xəzər Lənkəran”dan ayrılır

Kapitan “Xəzər Lənkəran”dan ayrılır
  • İDMAN

“İstəyirəm ki, dekabr ayına kimi “Xəzər Lənkəran”da qalım və daha sonra nələrisə düşünmək lazımdı. Hansı kluba gedəcəm, nələrin baş verəcəyini bilmirəm”.

Aktual.az xəbər verir ki, bu sözləri “Zirə” – “Xəzər Lənkəran” matçından sonra “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev sportal.az-a açıqlamasında bildirib.

Təcrübəli futbolçu “Xəzər Lənkəran”dan ayrıla biləcəyini açıqlayıb:

“Hələ ki, heç bir klubla danışmamışam. Çox güman ki, qışda ayrılacam”.

“Xəzər Lənkəran”ın kapitanı adının “Qəbələ” ilə hallanmasına belə cavab verib:

“Bu haqda heç bir məlumatım yoxdu. Bu xəbəri də təzəlikcə eşitmişəm. Hələlik dekabr ayına kimi burdayam”. 

Aktual.az

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR