Kanada şirkəti Dağlıq Qarabağa rabitə xidməti göstərirmiş Rəsmi

Kanada şirkəti Dağlıq Qarabağa rabitə xidməti göstərirmiş  Rəsmi

Azərbaycanın Kanadadakı səfirliyi bu ölkədə fəaliyyət göstərən İmpact Telecom (Startec) telekommunikasiya şirkətinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin “Nagorno-Karabakh” adı altında telefon zənglərinin çatdırıldığı məntəqə kimi göstərildiyini müəyyən edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.  

Onun sözlərinə görə, səfirlik tərəfindən məsələ ilə əlaqədar rəsmi Bakının narahatlığı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktı İmpact Telecom (Startec) şirkətinin nəzərinə çatdırılıb. Eyni zamanda Azərbaycanın ərazisi olan “Dağlıq Qarabağ”-ın şirkətin saytından çıxarılması və bu kimi zənglərin dayandırılması məsələsi qaldırılıb.
İmpact Telecom (Startec) şirkətinin cavab məktubunda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin telefon zənglərinin çatdırıldığı məntəqələr sırasında göstərilməsi ilə əlaqədar təəssüf ifadə olunaraq, onun siyahıdan çıxarıldığı barədə məlumat verilib. Zənglərin çatdırıldığı məntəqələrin siyahısının vahid siyahı əsasında şirkət tərəfindən əldə edildiyi və sistemə yükləndiyi bildirilib. Məktubda eləcə də İmpact Telecom (Startec) şirkətinin Azərbaycanın ərazi bütövlüyü və xalqı, Kanadada yaşayan azərbaycanlı diaspora və ya Azərbaycana zəng edən hər hansı şəxsə qarşı qərəzli mövqe tutmaqdan tamamilə kənar olduğu qeyd olunub.

Aktual.az

Xəbər 666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR