Kamran Əliyev Rusiya və Ermənistan Baş prokurorları ilə müzakirə etdiyi məsələləri açıqladı

Kamran Əliyev Rusiya və Ermənistan Baş prokurorları ilə müzakirə etdiyi məsələləri açıqladı

"Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının görüşü keçirildi. Görüşdə razılığa gəlindi ki, əməkdaşlığımız davam etsin".

Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması və zərurət yarandığı hallarda bir-birinə köməyin göstərilməsidir. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır", - o vurğulayıb.
Xəbər 136 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR