İtaliyada Bakı 2015 Avropa oyunlarının təqdimatı keçiriləcək

İtaliyada Bakı 2015 Avropa oyunlarının təqdimatı keçiriləcək

Bu gün İtaliyanın paytaxtı Romada Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov İtaliyada rəsmi səfərdədir.

 

Romanın “Galleria nazionale d'arte moderna” salonunda (Müasir İncəsənət Milli Qalereyası) keçiriləcək tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo,  İtaliya təhsil naziri Stefaniya Giannini və başqa qonaqlar iştirak edəcəklər.

 

Bakı 2015 Avropa oyunlarının təqdimatı çərçivəsində 300-ə yaxın qonaq ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi  ilə tanış ola biləcək.


Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR