İsrail hazırkı mərhələdə İrana qarşı kampaniyada iştirak etməkdə maraqlı deyil.
Aktual.az xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
"Mövcud vəziyyət İsrailin xeyrinədir və biz bu prosesə cəlb olunmaqda maraqlı deyilik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, İsrail bu vəziyyətdə istənilən ssenariyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl İsrailin ABŞ-ın İrana hava hücumlarına qoşulmaq istədiyi haqda iddialar yayılmışdı.
Xəbər 100 dəfə oxunub.