ATƏT PA-nın Ukrayna böhranı ilə bağlı Bakı Qrupunun yaradılması baş tutmayıb

ATƏT PA-nın Ukrayna böhranı ilə bağlı Bakı Qrupunun yaradılması baş tutmayıb

ATƏT Parlament Assambleyasının Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupunun yaradılması baş tutmayıb.


Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavni Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, qərar verildiyi vaxtdan xeyli müddət keçməsinə və məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, bu mexanizmin işə düşməsi alınmayıb.

 

B. Muradova deyib ki, qrupun yaradılmasına qərar verildikdən sonra ATƏT PA-nın rəhbəri dəyişib və yeni rəhbərlik mexanizmin işə düşməsi üçün qəti addım atmayıb: “Qurumun son sessiyasında biz bu məsələni yenidən gündəmə gətirdik və qərarın həyata keçirilməsini istədik. Lakin reaksiya verilmədi və beləliklə, Bakı Qrupu yaradılmadı”.

 

Qeyd edək ki, ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında Ukrayna böhranının həlli ilə bağlı Bakı Qrupunun yaradılması barədə qərar qəbul olunmuşdu.


Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR