Daha bir erməni əsgəri ölüb VİDEO

Daha bir erməni əsgəri ölüb      VİDEO

Ermənilər daha bir əsgərlərinin ölüm xəbərini etiraf ediblər. 

 

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb. Məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində yaralanmış erməni əsgərlərindən biri Samvel Sasunoviç Akopyan ölüb.

 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimizin düşmənə ağır zərbə vurduğu, 20-dək hərbi qulluqçusunun məhv edildiyi və yaralandığı barədə məlumat yayıb. 

 

Ermənistan rəsmi qurumları isə yalnız bu ölkənin vətəndaşı olanlarla bağlı itkiləri açıqlasalar da, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdikləri əhali arasından hərbi xidmətə çağırılanlarla bağlı məlumatları KİV-dən və erməni ictimaiyyətindən gizlədirlər.

Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR