İŞİD özlərinə xəlifə elan etdilər - Obamanı + Video

İŞİD özlərinə xəlifə elan etdilər   - Obamanı + Video
  • DÜNYA

İraq-Şam İslam Dövləti (İŞİD) ABŞ prezidenti Barak Obamaya video ilə müraciət ediblər.

Aktual.az Modern.az-a istinadən bildirir ki, terrorçular çıxışlarında Amerikanın indiki liderini böyük rəhbər kimi təqdim edirlər.

Ekstremistlərin fikrincə, məhz o xilafətin başında durub və yeni səviyyədə cihad elan edib. İŞİD Barak Obamanın ən böyük xidmətinin Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin məhv edilməsi olduğunu bildirirlər.

“Əfqanıstanı xatırlatmaq olar, Corc Buş bizi İraqı qazandırdı, ancaq əsl qəhrəman bizim xilafətin başında duran Obamadır. Biz onun sayəsində şəriət qanunlarına əməl etməyən, razılaşmayan hökumətlərdən yaxa qurtara bilmişik. Allahın mərhəməti sayəsində bizim bütün qruplaşmalar birləşib”, - müraciətdə bildirilir. 

Terrorçular bəyan edirlər ki, məhz ABŞ prezidentinin sayəsində onlar silah əldə ediblər və indi onun köməyi ilə Obamanın düşmənləri ilə mübarizə aparırlar.

Müraciətin sonunda yaraqlılar Obamanı özlərinin xəlifəsi elan edirlər. 

Aktual.az

Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR