İş saatları dəyişdirilir?

İş saatları dəyişdirilir?

Azərbaycanda tıxacların azaldılması məqsədilə bəzi dövlət qurumları və özəl sektor üçün iş saatlarının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə bu məsələyə yanaşma isə birmənalı deyil. Belə ki, müəyyən sahələr üzrə iş saatlarının dəyişdirilməsinin günün bütün saatlarında tıxaca səbəb ola biləcəyi bildirilir.

Aktual.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, birinci növbədə doğru sosioloji təhlil aparılmalıdır.

Deputatın sözlərinə görə, sosioloji təhlil aparılmadan bürokratik düşüncə ilə bəzən məsələyə baxış önə çəkilir və bu da arzuolunan effekti bir çox hallarda vermir: "İllərdir tıxac məsələsinin həll olunmasını hər halda bir strategiya olaraq müəyyənləşdirə bilmirik. Burada şəhərin müəyyən dərəcədə yükünün azalmasından söhbət gedir. Bunun da iki yolu var. Birinci sahibkarlığın inkişafıdır ki insanlara bölgələrdə iş yeri açsınlar, bunu stimullaşdırsınlar. Onların da müəyyən vergi yükünün azaldılmasına ehtiyac var. İkinci isə bütövlükdə regionlarda sosial, mədəni, təhsil həyatının canlanmasıdır ki, ora universitetlərin köçürülməsi, ağırlıqlı olaraq tələbə kontingentinin oxuması müəyyən yükü azalda bilər. Burada ən başlıca məsələ isə alternativ yolların çəkilməsidir. Yol qıtlığı əslində bu problemi yaradır. Bu da böyük məsrəfli olduğuna görə görünür buna hələlik gedilmir. Körpü, qovşaq, yol infrastrukturu kifayət qədər son illərdə genişlənsə də bunu daha da artırmağa ehtiyac var. Bu zaman tıxac məsələsində yüngülləşmə ola bilər”.
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR