İranlı turistlər Türkiyədə qəzaya düşdü: 8 nəfər öldü

İranlı turistlər Türkiyədə qəzaya düşdü: 8 nəfər öldü

Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb.

Aktual.az report-a istinadən xəbər verir ki, Trabzon səfərindən qayıdan iranlı turistləri aparan avtomobil yoldakı qazıntıya 10 metr qalmış təmir nişanını görmədiyindən 8 metrlik çuxura düşüb.
Bir müddət sonra isə təmir lövhəsinin olmaması səbəbindən mikroavtobus da eyni çuxura düşüb.
Qəza nəticəsində iranlı ailənin hamısı və mikroavtobusda olan üç nəfər dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı həmin ərazidə inşaat işlərini aparan şirkətin 2 əməkdaşı saxlanılıb.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR