“İnter”in prezidenti Azərbaycandan çıxa bilmir

“İnter”in prezidenti Azərbaycandan çıxa bilmir
  • İDMAN

Nikolov ABB işi üzrə şahid qismində iştirak edir.

“İnter Bakı” futbol klubunun prezidenti Georgi Nikolov klubun təsisçisi və sahibi olan Azərbaycan Beynəlxalq Bankının işi üzrə şahid kimi çağırılıb.

Nikolovun problemləri martda başlayıb, o zaman klubun baş sponsorunun strukturunda dəyişikliklər başlandı. Bolqarıstanlı ölkəni tərk edə bilmədi, belə ki, ABB işi üzrə şahid qismində iştirak edir.

“Mən həqiqətən gəlmək istəyirdim, mən bu səfəri planlaşdırırdım, amma şəxsən mənimlə əlaqədar olan maneələr var. Mən Bakıya Azərbaycan Beynəlxalq Bankının işi üzrə şahid qismində çağırılmışam. O səbəbdən də ölkəni tərk edə bilmirəm”, - bolqarıstanlı bildirib.

Nikolovun sözlərinə görə, o, ABB-nin işi üzrə müttəhim deyil.

“Azərbaycan DİN mənə şahid olduğumu və burda qalmalı olduğumu bildirdi.

Mən bilirəm ki, ölkələrimiz arasında hüquq və məhkəmə prosesi sahəsində əməkdaşlığa dair razılaşma var, yəni mən Bolqarıstanda da şahidlik edə bilərəm”, - klubun prezidenti bildirib.

Nikolovun sözlərinə görə, onun Azərbaycanda olma izninin müddəti bitib.

“Vəziyyət mürəkkəbdir. Mən nə gedə bilirəm, nə də ki qala bilirəm. Ən azından mən iki gün öncə vizanın vaxtının uzadılması üçün miqrasiya xidmətinə sənədlərimi təqdim etmişəm, amma onların mənim qalmağıma icəzə verəcəkləri məlum deyil”.

O həmçinin bu iş üzrə ədalətli həllə ümid etdiyini və Bolqarıstan hakimiyyətindən yardım gözlədiyini bildirib.

Amma Nikolov, həmçinin, Azərbaycanda indiyə qədər heç bir problemi olmadığını bildirib.

“Əksinə, yerli əhalinin və müəssisələrin münasibəti çox mehribandır. Mən hər zaman işdə onların dəstəyini hiss etmişəm. Mənim burada çoxlu dostum var”.

Aktual.az

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR