"İnter" – "Verder" oyununun vaxtı açıqlandı

  • İDMAN

Hazırda Türkiyənin Antalya mahalında təlim-məşq toplanışında olan "İnter"in ilk yoldaşlıq oyununun başlanma saatı məlum olub.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin Almaniyanın "Verder" klubunun ikinci komandası ilə qarşılaşmanın başlaması ilə bağlı tərəflər arasında razılıq əldə olunub.

Belə ki, yanvarın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, "İnter" yanvarın 15-də "Verder"in əsas komandası, 19-da Slovakiya "Slovan"ı, 23-də Qazaxıstan "Atırau" ilə görüşəcək.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR