Personalın etirazı: Eyfel qülləsi tətillə əlaqədar ziyarətə bağlanıb

Personalın etirazı: Eyfel qülləsi tətillə əlaqədar ziyarətə bağlanıb
  • DÜNYA

İşçilərin elan etdiyi tətilə görə Eyfel qülləsinə giriş ziyarətçilər üçün dayandırılıb. Bu addım induistlərdən ibarət nümayəndə heyətinin gəlişi zamanı əməkdaşların qadınlarla təmasının azaldılması barədə təklifə cavab olaraq atılıb və personalın ciddi narazılığı ilə nəticələnib.

Aktual.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qüllənin əməkdaşları CGT həmkarlar təşkilatının xətti ilə öz etirazlarını bildirərək, səsləndirilən şərtlərin şokedici olduğunu və cinsiyyət zəminində ayrı-seçkilik xarakteri daşıdığını vurğulayıblar.

Tarixi abidənin operatoru qismində çıxış edən SETE şirkəti nümayəndə heyəti tərəfindən belə bir müraciətin olunduğunu təsdiqləyib və bu cür tələblərin icrasının yolverilməzliyini bildirib.

Sözügedən hadisə Paris yaxınlığında yeni məbədin açılışını edən BAPS hərəkatının dini yürüşü ilə eyni vaxta təsadüf edib. İşçilərin vəzifələrini icra etməkdən imtina etməsi nəticəsində turistlər gün ərzində qülləni ziyarət edə bilməyiblər.

Şəhər meri Emmanuel Qreqüar belə şərtlərlə razılaşmağın yolverilməz olduğunu bildirib və məsələnin araşdırılacağına söz verib. SETE Qəyyumlar Şurasının rəhbəri Ariel Veyl isə şəhər rəhbərliyinin sözügedən səfərdən xəbərsiz olduğunu təsdiqləyib və vəziyyətin aydınlaşdırılacağını vurğulayıb.

Rəsmi nümayəndələrlə aparılan danışıqların yekununda SETE rəhbərliyi sentyabrın 8-də səhər saatlarında qüllənin ziyarətçilər üçün yenidən açılması barədə qərar qəbul edib. (oxu.az)
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR