Bir çox insan məndən soruşur: İlk işim nə olub, nələri xatırlayıram?
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Düşünürəm ki, bu, çox gözəl xatirədir. Çünki atam daşınmaz əmlak biznesində idi. Mən onunla birlikdə gəzər, tikinti sahələrinə baxar, binaları yoxlayardım.
Birlikdə binaların təmiz, işlərin düzgün görülüb-görülmədiyini, hər şeyin mükəmməl olub-olmadığını yoxlayardıq. O, mükəmməlliyə çox önəm verirdi. Mən də bundan çox şey öyrəndim və mən də mükəmməlliyə çox önəm verirəm”, - o bildirib.
Xəbər 41 dəfə oxunub.