Saksoniya-Anhaltda ifrat sağçı AfD-nin (Almaniya üçün Alternativ) qələbəsi Almaniya üçün böyük silkələnmə oldu və bu, Ukraynaya dəstəyə və Qərb siyasətinə təsir göstərə bilər.
Aktual.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.
O, seçki nəticələrinin təkcə region üçün deyil, bütün Almaniya və beynəlxalq vəziyyət üçün nəticələri olacağını bildirib:
"Hamımız dərindən təəccübləndik. Hadisələrin bu cür dönüş nöqtəsini gözləmirdik. Dünəndən bəri təkcə Saksoniya-Anhaltda deyil, bütün Almaniyada nə isə dəyişib. Və bu səslərin nəticələri olacaq. Bu, beynəlxalq vəziyyətə də təsir edəcək".
Qeyd edək ki, ifrat sağçı "Almaniya üçün Alternativ” partiyası sentyabrın 6-da Almaniyanın şərqindəki Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində tarixi qələbə qazanıb. Ölkənin daxili kəşfiyyatı tərəfindən "ifrat sağçı ekstremist" kimi təsnif edilən regional partiya federal respublika tarixində ən yüksək göstəricisinə nail olub.
Xəbər 32 dəfə oxunub.