İlham Əliyev iki ölkə başçısına məktub göndərdi

İlham Əliyev iki ölkə başçısına məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha məktub göndərib.

Aktual.az məktubun mətnini təqdim edir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

***

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə məktub göndərib.

Təbrik məktubunda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram”.

Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR