2026-cı ilin ilk yarısında "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu üzrə dövlət büdcəsindən xərc həyata keçirilməyib.
Aktual.az Oxu.az-a istinadla xəbər verir ki, fondun illik xərcləri üçün 155 milyon manat nəzərdə tutulsa da, ilk altı ayda bu istiqamət üzrə ödəniş aparılmayıb.
Bundan başqa, büdcədə ayrıca göstərilən "İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər" istiqamətinə 25 milyon manat nəzərdə tutulub. Həmin vəsait üzrə də yanvar-iyun aylarında xərc qeydə alınmayıb.
Beləliklə, ictimai nəqliyyatla bağlı bu iki xərc istiqaməti üzrə il üçün nəzərdə tutulan ümumilikdə 180 milyon manatın ilk yarımildə kassa icrası sıfır olub.
Xəbər 48 dəfə oxunub.