Si Cinpin: Tayvanın Çinlə birləşməsi tarixin qarşısıalınmaz tələbidir

Si Cinpin: Tayvanın Çinlə birləşməsi tarixin qarşısıalınmaz tələbidir
  • DÜNYA

Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın Çinlə tam birləşməsinin mütləq reallaşacağını bəyan edib.

Aktual.az-ın məlumatına görə, Si Cinpin bu barədə Pekində Sun Yatsenin anadan olmasının 160 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Tarixin axarını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi həyata keçirilməlidir və mütləq həyata keçiriləcək”, – Çin lideri vurğulayıb.

Si Cinpin Tayvan məsələsinin həllini Çin Kommunist Partiyasının dəyişməz tarixi missiyası adlandırıb. O, Pekinin "dinc birləşmə” və "bir ölkə, iki sistem” siyasətinə sadiq olduğunu, "vahid Çin prinsipi” əsasında Tayvanla dialoqa hazır olduğunu bildirib.

Çin lideri həmçinin Tayvan da daxil olmaqla, bütün çinliləri adanın müstəqilliyini dəstəkləyən qüvvələrə qarşı birləşməyə və Tayvan boğazının hər iki sahili arasında münasibətlərin dinc inkişafına töhfə verməyə çağırıb.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və onun materik Çinlə birləşməsini qarşısına məqsəd qoyub. Özünü demokratik idarə edən Tayvan isə Pekinin bu iddiasını rədd edir. Çin adaya "bir ölkə, iki sistem” modeli çərçivəsində muxtariyyət təklif etsə də, bu yanaşma Tayvanın əsas siyasi partiyaları tərəfindən dəstəklənmir.
Xəbər 21 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR