Qalibafdan Hörmüzlə bağlı QALMAQALLI BƏYANAT

Qalibafdan Hörmüzlə bağlı QALMAQALLI BƏYANAT
  • DÜNYA

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "Əl-Cəzirə" telekanalına müsahibəsində Hörmüz boğazının ABŞ və İsrail ilə müharibədən əvvəlki statusuna heç vaxt qayıtmayacağını bildirib.

Aktual.az xəbər verir ki, Qalibaf İran və Omanın Hörmüz boğazından keçidlə bağlı yeni tranzit prosedurları barədə razılığa gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, bu razılaşma Tehranın səkkiz aylıq münaqişəyə son qoymaq məqsədilə irəli sürdüyü yeddi maddəlik sülh təklifinin tərkib hissəsidir.

İran parlamentinin sədri çıxışı zamanı Birləşmiş Ştatların bölgədəki proseslərə müdaxiləsini də sərt tənqid edib:

"12 min kilometr uzaqdan gələn ABŞ hansı səlahiyyətlə Hörmüz boğazındakı tranzit qaydaları barədə qərar verməyə cəsarət edir?” - deyə Qalibaf bildirib.
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR