ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunu öldürəcəyik.
Aktual.az xəbər verir ki, bunu İran ordusunun Baş Qərargah rəisinin müavini Keyumərs Heydəri deyib.
O, televiziya müsahibəsində İran qüvvələrinin iki ABŞ hərbi gəmisini hədəf aldığını və ABŞ gəmilərinin artıq İrandan 500 kilometr aralıda olduğunu iddia edib.
Heydəri həmçinin yeraltı raket qurğularındakı imkanlara istinad edərək müharibənin yenidən başlaması halında mümkün sürprizlər barədə xəbərdarlıq edib.
Xəbər 22 dəfə oxunub.