“Hələ bilmirəm, namizəd olacam, ya yox” - Fəttah Heydərov

“Hələ bilmirəm, namizəd olacam, ya yox”  - Fəttah Heydərov

“Qarşıdan gələn parlament seçkilərində iştirak edib-etməyəcəyimlə bağlı qəti qərara gəlməmişəm. Hələ bilmirəm, namizəd olacam, ya yox. Ola bilər namizədliyi irəli sürüm, ola bilər sürməyim. Bunu zaman göstərəcək”.

Bu sözləri Aktual.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.

O, bildirib ki, qarşıdakı seçkilər bundan öncəki seçkilər kimi, şəffaf və obyektiv olacaq:

“İnanıram ki, qarşıdakı seçkilər də bundan öncəki seçkilər kimi, obyektiv və şəffaf keçəcək. Layiqli, seçicilərin etimadını qazanmış namizədlər parlamentə mandat qazanacaq”.

Adnan, Aktual.az

Xəbər 4391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR