“Heç kim Putini təhqir edə bilməz” – Rus səfir ABŞ-ı hədələdi

“Heç kim Putini təhqir edə bilməz” – Rus səfir ABŞ-ı hədələdi

"ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə endirdikləri zərbələr cavabsız qalmayacaq" 

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
"Ən pis gözləntilər özünü doğrultdu. Bizim xəbərdarlıqlarımız diqqətdən kənarda qaldı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və bizi yenə təhdid edirlər. Biz xəbərdar etmişdik ki, belə hərəkətlər nəticəsiz qalmayacaq”, - deyə Rusiya səfiri qeyd edib. 

Antonovun sözlərinə görə, baş verənlərə görə bütün məsuliyyəti Vaşinqton, London və Paris daşıyır: "Rusiya prezidentinin təhqir edilməsi yolverilməz və qəbuledilməzdir. Dünyanın ən böyük kimyəvi silah arsenalına malik ABŞ digər ölkələri ittiham etmək üçün heç bir mənəvi hüquqa malik deyil”. 

Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR