Bir çoxları bilmir ki, Fransanın Paris şəhərində yerləşən Eyfel qülləsi 1889-cu ildə tikilib və əslində, onun Ümumdünya Sərgisindən dərhal sonra sökülməsi nəzərdə tutulurdu.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Sonra dedilər ki, deyəsən, xoşumuza gəlir. Bir az da qalsın.
Daha sonra isə dedilər: "Qoy daha uzun müddət qalsın, daha da uzun, daha da uzun”. Nəticədə onu heç vaxt sökmədilər.
Bilirsiniz, biz də Ağ Evin qarşısında bir tikili qururuq və bu, bir çox insanın xoşuna gəlir. İyunun 14-də orada böyük UFC döyüşü keçiriləcək. Ona baxıram və düşünürəm ki, bəlkə də onu heç vaxt, heç vaxt sökməyəcəyik”, - o bildirib.
Xəbər 48 dəfə oxunub.