Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. 
 
Arabir güclənən şimal-qərb küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən Aktual.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz  18-22° isti, Bakıda gecə  15-17°, gündüz  19-21° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan aşağı 749 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə  60-70 %, gündüz  45-55 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.
 
Oktyabrın 31-i axşamdan noyabrın 02-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı ehtimal olunur.
 
Aktual.az
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR