Hakimi vuran azərbaycanlı cəzalandırıldı - Video

Hakimi vuran azərbaycanlı cəzalandırıldı   - Video
  • İDMAN

Rusiyanın çempionlar liqasında “Qərbi Sibir” divizionunda Noyabrskın “Viraj” komandası üçün oynayan Azərbaycanın mini futbol üzrə yığmasının sabiq oyunçusu Sərxan Mikayılova birinci turun “Kurqan” ilə keçirilən matçında hakimi vurduğu üçün 2 il müddətinə hər hansı bir futbol fəaliyyəti qadağan edilib.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İNK-nın rəhbəri Artur Qriqoryants bildirib.

“Hakim tərəfindən şikayət ərizəsi daxil olub. Ərizəyə hüquq-mühafizə orqanları tərəfindən baxılıb və məhkəməyə göndərilib” - Qriqoryants qeyd edib.

Azərbaycan yığmasının sabiq futbolçusu həmçinin 50 min rubl məbləğində cərimə edilib.

Aktual.az

Xəbər 696 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR