Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib.
Aktual.az-ın məlumatına görə, Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir.
"Qardaş Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə, ortaq məqsədlərimiz naminə çiyin-çiyinə irəliləməyə davam edəcəyik”, - nazir vurğulayıb.
Xəbər 31 dəfə oxunub.