ATƏT daxilində gərgin mühit hökm sürür.
Aktual.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, ATƏT-ə İsveçrədən sonra hansı ölkənin sədrlik edəcəyi ilə bağlı müzakirələr davam edir. Lakin təşkilat daxilindəki gərginlik səbəbindən hər kəs üçün məqbul namizədin müəyyənləşdirilməsi mümkün olmayıb.
C.Bayramov qeyd edib ki, Azərbaycan konsensus əsasında seçilən namizədləri dəstəkləməyə hazırdır. Onun sözlərinə görə, son həftələr ərzində intensiv müzakirələr aparılıb və Azərbaycanın namizədliyi də gündəmə gətirilə bilər.Son müzakirələrdə 2027–2029-cu illər üzrə sədrlik edəcək ölkələrin namizədliyinin vahid paket şəklində müəyyənləşdirilməsi təklif olunub.
"Azərbaycan kifayət qədər mürəkkəb bir dövrdə ATƏT-ə müsbət töhfə verə bilər. Ermənistana da sədrlik təklif edilib. Uzun illər münaqişə mövcud olduğuna görə bu məsələ müzakirə edilmirdi. Ümumilikdə, konsensus olduğu halda Azərbaycanın sədrliyə razılığı var”, – deyə nazir vurğulayıb.
Xəbər 35 dəfə oxunub.