Gürcüstandan Azərbaycana avtomobil ixracı barədə – STATİSTİKA

Gürcüstandan Azərbaycana avtomobil ixracı barədə   – STATİSTİKA

Komitə məlumat yaydı.

2015-ci ilin yanvar-sentyabr ayları ərzindən Gürcüstandan Azərbaycana 55 148,4 min dollar dəyərində 3 049 ədəd minik avtomobili ixrac olunub.

Aktual.az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsinin son yaydığı hesabatda deyilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 773 ədəd avtomobil və ya 80% azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 3,76 dəfə azalıb.

Komitədən bildirilib ki, cari ilin 9 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 27,69% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 39,14%-ni təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 12,10% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayında Gürcüstandan Azərbaycana 199 142,9 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 2,14 dəfə azdır.

Xəbər 652 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR