Prezident 250 min sakinlik şəhərin təməlini qoyub

Prezident 250 min sakinlik şəhərin təməlini qoyub

Tacikistanın şimalında yeni şəhərin təməlqoyma mərasimi keçirilib.


Mərasimdə Tacikistan prezidenti İmaməli Rəhman iştirak edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, dövlət başçısının mətbuat xidməti yeni şəhərdə məskunlaşacaq əhalinin ümumi sayının  250 min nəfərə  çatacağını bildirib.  

 

İmaməli Rəhman yeni şəhərə  Sırdərya çayının qədim adını - “Sayhun” verilməsini təklif edib.  

 

Tacikistan 1991-ci ildə  müstəqilliyini bərpa etdikdən sonra Sayhun ölkə ərazisində salınmış ilk yeni şəhər olacaq.  

 

Şəhərdə 9 və 12 mərtəbəli yaşayış binalarından ibarət 19 mikrorayon, həmçinin 17 ümumtəhsil məktəb, 31 uşaq bağçası, 140 ticarət mərkəzi, 40 idman kompleksi, terminal və bazarların olacağı gözlənilir. İrimiqyaslı tikinti işləri çərçivəsində 50 minədək yeni iş yerinin açılması gözlənilir.  



Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR