Gömrük Komitəsi: Azərbaycanda "Apple" məhsullarının idxalına qadağa qoyulmayıb

Gömrük Komitəsi: Azərbaycanda

Azərbaycanda “Apple” şirkətinin məhsullarının idxalına qadağa qoyulmayıb.

Bunu Aktual.az-a Dövlət Gömrük Komitəsindən deyiblər.

Komitədən bildiriblər ki, ölkəyə idxal edilən mobil telefonların rəsmiləşdirilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na əsasən, şəxsi istifadə üçün gətirilən və dəyəri 1500 ABŞ dollarını keçməyən əşyalara görə rüsum ödənilmir. Müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləği müəyyən edilib.

Bundan başqa, təsdiq edilmiş qaydalara əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar da rüsumlardan azad edilir.

Azərbaycanın mobil telefon riteyli bazarındakı mənbə daha əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycanda “Apple” şirkətinin məhsullarının idxalının gömrük qaydaları sərtləşdirilib: “Tədarükçülər 36 faiz həcmində gömrük rüsumu və 18 faiz ƏDV ödəməlidirlər. Bu, sıravi istehlakçılara da aiddir. Məsələn, Dubaydan ölkəyə gəlmiş vətəndaş gömrük nəzarətindən keçərkən alınmış malın çekini və telefonun alındığı ölkədə qalma müddətinin göstərildiyi vizanı təqdim etməlidir. O, həmçinin gömrük yığımlarını (ƏDV və gömrük rüsumu) ödəməli olacaq. Yekunda ölkə xaricində iPhone-nun alınması istifadəçiyə demək olar ki, Azərbaycandakı məbləğə başa gələcək".

Aktual.az

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR