Gələn ildən vergi güzəştləri qüvvəyə minəcək

Gələn ildən vergi güzəştləri qüvvəyə minəcək

"2027-ci ilin yanvarın 1-dən müvafiq vergi güzəştləri artıq qüvvəyə düşəcək. Həmin tarixdən artıq texnoparka qeydiyyat prosesi sadələşdirilmiş formada həyata keçiriləcək".

Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

O qeyd edib ki, texnoparka qeydiyyatdan keçən müəssisələr, İKT müəssisələri 10 il müddətinə vergi, gəlir, mənfəət, dividendlər, əmlak və torpaq vergilərindən azad olunacaq.

"Burada başlıca məqsədimiz ölkədə İKT sektorunun daha da gücləndirilməsi, ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və ölkəmizdə İKT müəssisələrinin daha çox investisiya cəlb etməsi ilə yanaşı ölkəmizin İKT ixracının təşviqi istiqamətində əlverişli mühitin formalaşdırılmasıdır.

Qeyd olunmalıdır ki, eyni zamanda, investisiya cəlbediciliyi formatında kraudfandinq, kütləvi maliyyələşmə olan investisiya cəlb edilməsi, vençur fondları tərəfindən investisiya cəlb edilmələri çərçivəsində investisiya qoyuluşlarının nəticəsində əldə edilən vergilərdə də güzəştlər nəzərdə tutulub.

Eyni zamanda, qanunvericiliyin gətirdiyi yeniliklər "rəqəmsal səyyah" dediyimiz yüksəkixtisaslı mütəxəssislərin ölkəmizə daxil olması, qeydiyyatı və texnopark rezidentliyi istiqamətində və onların vergidən azad olunması istiqamətində təşviqlər artıq qanunvericiliklə təsbit edilib.

Mühüm istiqamətlərdən biri də məhz startapların və innovativ məhsul və xidmətlərin formalaşmasında çalışan İKT müəssisələrinin tədqiqat və inkişaf istiqamətində qoyduğu investisiyalardan cəlb olunan vergi güzəştləridir, onların dövlət satınalmalarında güzəştli şərtlərdən iştirakı istiqamətində qanunvericilik təsbit olunub".
Xəbər 75 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR