Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

Eurovision” musiqi yarışmasının 2021-ci ildə keçiriləcəyi tarixlər açıqlanıb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib.

Beləliklə, gələn il Rotterdamda baş tutacaq mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də keçiriləcək.
Qaydaya görə, builki mahnılar 2021-ci ildə təqdim olunmayacaq. Müsabiqəyə gedəcək ifaçının kimliyinə yayımçı özü qərar verəcək.
Xatırladaq ki, mart ayında müsabiqənin təşkilatçıları Niderlandda keçirilməsi nəzərdə tutulan yarışmanın koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu elan edib. Mayın 16-da isə müxtəlif ölkələrinin ifaçılarının iştirakı ilə "Europe Shine a Light” adlı musiqi şousu keçirilib.
Xəbər 676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR