Filarmoniyada ilin ilk konserti olacaq

Filarmoniyada ilin ilk konserti olacaq

Yanvarın 14-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

Aktual.az xəbər verir ki, Mustafa Mehmandarovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiət edəcəyi konsertdə solistlər – Nərgiz Kəngərli (piano), Nuranə Zeynalova (piano), İsmayıl Yunusov (bariton) çıxış edəcəklər.

Konsert çərçivəsində Gülbacı İmanovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da gözlənilir.
Xəbər 1329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR