"Fənərbağça"nın futbolçuları qəzaya düşdü

  • İDMAN

Türkiyənin "Fənərbağça" klubunun futbolçuları Caner Erkin və Uyqar Mert Zeybekin olduğu avtomobil qəzaya düşüb.


Aktual.az report-a istinadən xəbər verir ki, hadisə futbolçuların deyil, qarşı tərəfin günahı ucbatından baş verib.
Yerli vaxtla saat 14:00-da baş tutan məşqin ardından klub bazasından ayrılan futbolçular magistral yolda hərəkətdə olarkən qəfildən başqa bir avtomobil onların qarşısında manevr edib. Nəticədə qəza baş verib.
Klubdan verilən açıqlamada futbolçuların xəsarət almadığı bildirilib.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR