Ermənistanın sabiq prezidentinin qardaşına cinayət işi açılıb

Ermənistanın sabiq prezidentinin qardaşına cinayət işi açılıb

 Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında sazişi aşkar ediblər.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o zamankı prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyanla bağlanıb.
Məlumatda qeyd olunur ki, L.Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəliri və maliyyə vəsaitləri barədə bəyannaməni təqdim etməli idi. Lakin o və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib. 
Bundan başqa, Sarkisyanın oğlu 2017-ci ildə əmlakı və gəlirləri barədə bəyannamə təqdim etməyib. Ötən il onun əmlakı qanuni gəlirlərin məbləğindən xeyli çox artıb.
Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində qanunsuz varlanma və digər maddələr üzrə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR