Ermənistanın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB

Ermənistanın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
  • DÜNYA

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan"Facebook” səhifəsində yazıb.
Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır. 
Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

****

 Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itib.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya istehsalı olan "Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Gümrüdəki hava limanından uçan təyyarə havaya qalxandan sonra onunla əlaqə kəsilib.
Hazırda təyyarənin axtarışları aparılır. 
 
Aktual.az
Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR