Ermənistandakı aksiyalarla bağlı cinayət işi açılıb

Ermənistandakı aksiyalarla bağlı cinayət işi açılıb

Ermənistan Baş Prokurorluğu son günlər paytaxt Yerevanda kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları ilə bağlı cinayət işi açıb.

"Report” erməni KİV-inə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan tərəfindən təşkil edilən mitinqlər və görüşlər "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini dəfələrlə pozub, vətəndaşların hərəkəti və ictimai təşkilatların normal fəaliyyəti üçün maneələr törədib.
Məlumatda qeyd olunub ki, aksiya iştirakçıları ictimai və xüsusi mülkiyyətə ziyan vuraraq polis əməkdaşlarına zor tətbiq edib.
Faktla bağlı cinayət işi açılaraq Ermənistan Xüsusi İstintaq Xidmətinin icraatına verilib.
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR