Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb.
Aktual.az xəbər verir ki, söhbət Sevan-Martuni-Basarkeçər (Vardenis)-Ermənistan sərhədi istiqamətində uzanan M-10 avtomagistralının Basarkeçər bölgəsindən keçən hissəsindən gedir.
Məlumata görə, yolun yenidən qurulması işləri Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.
Hazırda magistralın yenidən qurulan hissəsində asfalt-beton örtüyünün salınmasına da başlanılıb.
Qeyd edək ki, Basarkeçər rayonu Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.
Xəbər 41 dəfə oxunub.