Ermənilər kəndlərimizi atəşə tutdu

Ermənilər kəndlərimizi atəşə tutdu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Şuraabad, Qaraqşlı, Cəvahirli, Baş Qərvənd, Kəngərli, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub. 

Xəbər 1247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR