Erməni nazir Saakaşvilini vurdu - Video

Erməni nazir Saakaşvilini vurdu   - Video
  • DÜNYA

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, Ukraynanın Daxili işlər naziri Arsen Avakovla Odessanın qubernatoru Mixeil Saakaşvili arasında baş verən münaqişənin videosu yayılıb.

“Saakaşvilinin mənimlə mübahisəsinin əks olunduğu video mənim tərəfimdən prezident administrasiyasından tələb edilib. Bu da video. Orada xoşagələn az şey var, amma bu qədər müzakirələrdən sonra hər kəsin söhbətin nədən getdiyini öz gözləri ilə görməsi vacibdir”, - Avakov izah edib.

Qeyd edək ki, dekabrın 14-də prezidentin rəhbərlik etdiyi Milli İslahat Şurasının toplantısında Avakov münaqişə zəminində Saakaşviliyə “Ölkəmdən rədd ol” deyərək üzünə içərisi su ilə dolu stəkan atıb.

Qubernatorun sözlərinə görə, Avakov ona qarşı kobud danışıqdan başqa hamı qarşısında onu hədələyib. Bu insan qeyri-rəsmi olaraq bütün silahlı qüvvələrə nəzarət edir”, - Saakaşvili əlavə edib.

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR