Erməni idmançıya qalib gələn boksçumuz: “Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm”

Erməni idmançıya qalib gələn boksçumuz: “Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm”
  • İDMAN

"Püşkdən sonra yarımqruplara baxanda finalda erməni idmançı ilə qarşılaşacağımı təxmin edirdim”.
Aktual.az xəbər verir ki, bu sözləri Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub edən boksçumuz həlledici görüşə rahat çıxdığını söyləyib:
"Dörd döyüş keçirdim. Erməni idmançı ilə qarşılaşmamışdan öncə özümü psixoloji cəhətdən bu görüşə hazırlamışdım. Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm və bu səbəbdən də ona asanlıqla qalib gəldim. Sevinirəm ki, buna nail oldum”.
İkiqat qitə çempionu bu qalibiyyətə görə baş məşqçilərinə və federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Milli komanda 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib.

Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR