“Erməni cəmiyyəti informasiya blokadasındadır və yalan məlumatlarla bəslənir” – ATƏT-də Sarkisyan rejimi ifşa olunub`

“Erməni cəmiyyəti informasiya blokadasındadır və yalan məlumatlarla bəslənir” – ATƏT-də Sarkisyan rejimi ifşa olunub`

Noyabrın 11-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in "Etnik azlıqlar və onların inteqrasiyası” mövzusunda keçirilən iki günlük konfrans öz işini yekunlaşdırıb. ATƏT üzvü olan 57 ölkənin səfir və diplomatları, habelə beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri və media mənsublarının qatıldığı tədbirdə ATƏT coğrafiyasında yaşayan etnik azlıqların hüquqları və onların cəmiyyətə inteqrasiyası məsələləri müzakirə edilib."Milli azlıqlar arasında körpü salmanın müxtəlif yolları" mövzusunda keçirilən müzakirələrdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi barədə danışıb və Ermənistan hakimiyyətini sərt tənqid edib. Sarkisyan rejiminin illərdir öz xalqını yalan təbliğatla bəslədiyini diqqətə çatdıran hüquq müdafiəçisi sıravi ermənilərdə Azərbaycan və azərbaycanlılar barədə yalnış təsəvvürün formalaşdığını, Azərbaycanın ermənilər üçün təhlükəli ölkə olması barədə yalanlar tirajlandığını və bununla Ermənistan hakimiyyətinin həm öz xalqını, həm də Avropa institutlarını aldatdığını bildirib.
Azərbaycanda 30 min erməninin yaşadığını və ermənilərin sərbəst şəkildə Azərbaycana gələ bildiyini xüsusi vurğulayan ADİHİ rəhbəri ötən həftə Bakıya səfər etmiş erməni ictimai fəallar - Vahe Avetyan, Syuzan Caginyan və Vaan Martirosyan barədə məlumat verib. Erməni hüquq müdafiəçisi Vahe Avetyanın Bakıda sərbəst şəkildə dolaşdığını, şəhərin mərkəzindəki erməni kilsəsinə baş çəkdiyini, Sumqayıtda yaşayan erməni ailələrinin qonağı olduğunu, habelə Azərbaycanın dövlət arxivlərində saxlanılan erməni dilində çap edilmiş kitab, jurnal və qəzetlərlə tanış olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Əhməd Şahidov Ermənistanın ATƏT-dəki səfirinin yalan danışdığını da deyib. Vahe Avetyanın Facebook səhifəsində paylaşdığı materiallara istinad edən ADİHİ rəhbəri Azərbaycanda ermənilərə və erməni dəyərlərinə hörmətlə yanaşıldığını avropalı diplomatların diqqətinə çatdırıb.
Xəbər 7444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR