Ərdoğan Qüdsə görə Putinə təşəkkür etdi

Ərdoğan Qüdsə görə Putinə təşəkkür etdi
  • DÜNYA

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putin ilə telefon danışığı həyata keçirib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasında müzakirələr zamanı Qüds ilə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.
Telefon danışığı zamanı BMT Baş Assambleyasında ABŞ-ın Qüdsün ilə bağlı qərarının hüquqi qüvvəyə minməməsindən məmnunluq ifadə edilib.
 
Aktual.az






Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR