Enerji sərfiyyatının artmasının səbəbi açıqlandı - RƏSMİ

Enerji sərfiyyatının artmasının səbəbi açıqlandı - RƏSMİ

"Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir. Məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir. İsti hava şəraiti ilə əlaqədar olaraq saatlarla kondisioner və digər avadanlıqların çalışması enerji sərfiyyatını artırıb. Abonentləri əmin edirik ki, sayğacın göstəricilərinə sistemdən müdaxilə etmək qeyri-mümkündür”.
 
Aktual.az
-ın məlumatına görə, bu barədə "Azərişıq" ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli iyul ayında abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid mətbuat konfransında deyib.
 
Qurum rəsmisi bildirib ki, bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir.
"40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır. Həmin avadanlıqların üzərində temperatur intervalı var. Orada qeyd olunur ki, məsələn, 25-30 dərəcədə bu avadanlıq bir saat ərzində 2,5 kilovatt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kilovatt enerji istehlak edə bilər”.
 
V. Nəbibəyli qeyd edib ki, avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir. 300 kilovattı 7 qəpikdən, digər sərfiyyatı isə 11 qəpikdən hesablamaqla, aylıq sərfiyyatı müqayisə etmək olar.
 
"Bazada olan məlumata müdaxilə olunarsa, abonent yazılı şəkildə müraciət etmək mümkündür və şəbəkə mütəxəssisi məsələyə aydınlıq gətirəcək. Nazirlər Kabinentinin qərarı ilə 10 iş günü ərzində şikayətə baxılır, lakin mütəxəssislərimiz maksimum 3-4 gün ərzində abonentlərin problemlərini həll edirlər”.
Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR