Çempionlar Liqasında 2 klubumuz üz-üzə gəlib

Çempionlar Liqasında 2 klubumuz üz-üzə gəlib
  • İDMAN

Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" və "Azərreyl" klubları Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəliblər.

Aktual.az-ın məlumatına görə, A qrupunda yer alan komandaların qarşılaşması Voleybol Mərkəzində baş tutub. 

Görüş nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:14, 22:25, 25:21, 25:21). Bu,  "Lokomotiv"in ilk qələbəsi, "Azərreyl"in isə ilk məğlubiyyəti olub. Birinci turda "Lokomotiv" Rusiyanın "Dinamo" (Kazan) komandasına 1:3 hesabı ilə məğlub olubsa, "Azərreyl" Bakıda "Ştutqart"a 3:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci turun digər oyununda "Ştutqart" "Dinamo"nu qəbul edəcək. Hazırda "Lokomotiv", "Azərreyl" və "Dinamo"nun hərəyə 3 xalı var, "Ştutqart" isə xalsızdır.

Aktual.az

Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR