Çempionlar Liqası finalının biletlərinin qiyməti bahalaşdı

Çempionlar Liqası finalının biletlərinin qiyməti bahalaşdı

Mayın 28-i Milanın "San Siro" arenasında keçiriləcək Çempionlar Liqası finalına biletlərin qiyməti açıqlanıb. İlk 6 min bilet martın 1-də satışa çıxarılıb.

Bir müddət sonra 71500 tamaşaçı tutumuna malik arenanın 40 min yeri finalçılar arasında bölüşdürüləcək. Qalan 25 500 bilet sponsorlar, teleyayım şirkətləri, UEFA-nın qonaqları, milli assosasiyalar və yerli təşkilatçılar arasında paylanacaq.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, VİP biletlərin qiymətində ötən ilə nisbətə artım olub. Ən ucuz biletin dəyəri 70, 3-cü kateqoriya biletlər 160 avrodur. İkinci kateqoriya biletlərinin qiyməti Berlin finalına nisbətən 40 avro yüksələrək 320 avro təşkil edib. Ən bahalı biletlər isə 440 avrodur. Ümumi götürəndə final matçına biletlərin çoxunun qiyməti 14% artıb.

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR