“Əmin-amanlıq və rifah arzulayıram”

“Əmin-amanlıq və rifah arzulayıram”

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:


Hörmətli cənab Prezident,


“Milli bayramınız – Pakistan günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.


Azərbaycan-Pakistan münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır. İnanıram ki, zamanın sınaqlarından çıxmış, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin daim qorunub saxlanması, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.


Sizin Azərbaycana səfərinizi, keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Əminəm ki, səfəriniz münasibətlərimizin yeni mərhələyə yüksəlməsinə güclü təkan verəcəkdir.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və rifah arzulayıram”.


Xəbər 930 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR