Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 7987 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il may ayının 1-i vəziyyətinə 10270338 nəfərə çatıb.
 
Aktual.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
 
Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR