Əməkdar artist: "Səhhətimdə heç bir problem yoxdur"

Əməkdar artist:

"Xəstəxanaya özüm getmişdim, çox yaxşıyam".

Bunu "Report”a açıqlamasında Əməkdar artist Kübra Əliyeva xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, səhhətində heç bir problem yoxdur: "Üzümdə yüngül narahatlıq vardı, onun üçün getmişdim. Bütün qohumlarım narahat olublar. Hər şey yaxşıdı. Bu yaxınlarda koronavirus əleyhinə vaksin də vurdurmuşam. Özümü normal hiss edirəm. Heç bir əks əlaməti də olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar artist K.Əliyevanın vəziyyətinin ağırlaşdığı və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR